SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS cümə axşamının - 4 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Hadisələrin gedişatını diqqətlə izləyin. Nəyisə dəyişmək, güzəştə getmək gərəkdir. Müəyyən proseslərdə dönüş anıdır. Mənasını itirmiş əlaqələri dayandırın. İllüziyalara qapılmayın, boş xəyalların əsiri olmayın. Qüvvənizi və potensialınızı düzgün qiymətləndirin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın.

Buğa - Reaksiyanız sürətli olmalıdır. Münasibətlərdə yersiz intriqalar yaratmayın. Hadisələrin axarı sürətləndiyindən özünüzü itirməyin. Peşəkar fəaliyyət müstəvisində görüləsi işlərin sayı artır. Bir sıra məsələlərin həllini ertələməyin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız.

Əkizlər - Baş verənləri səthi dəyərləndirməyin. Problemləri araşdırın. Tərəfdaşlarla anlaşılmazlıqlar stress yarada bilər. Mənasız ittihamların təhlilinə çox vaxt ayırmayın. Artan ambisiyalar, cari situasiyada qəfil sürətlənmə tələbləri, təşəbbüslərin anlaşılmaması çətinliklər vəd edir. Ailə üzvlərinin istəklərindən hali olun.

Xərçəng - Rəqiblərin yeni təşəbbüsləri var. Yerinizi qorumaq, mövqelərinizi gücləndirmək istəyirsinizsə, bir qədər dəyişməlisiniz. Riskli qərarlardan çəkinməyin. Tərəfdaşlarla mübahisələriniz ola bilər. Sizi narazı salan arqumentləri rədd etməyin. İşinizi tam yerinə yetirin, öhdəlikləri və vədləri unutmayın. Yeni işə başlamayın.

Şir - Xroniki problemlərin həllini təxirə saxlayın. Aktivləşməlisiniz, cari işlərdə də geri qalırsız. İşləri tezləşdirmək üçün süni təsirlərə əl atmayın, təzyiqlərdən yararlanmaq fikrinə düşməyin. İdeyalarınızı müstəqil şəkildə götür-qoy edin. Yoxlanmamış mənbədən alınan informasiyaya inanmayın.  
İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə uğurlu zamandır.

Qız - Fəaliyyətinizdə köklü dəyişikliklərə lüzum yoxdur. Emosional durumun məntiqi sonucunu görəcəksiniz. Ötənlərdəki zəhmətiniz və səylərinizdən faydalanın. İlkin sonuclar zamanıdır. Əhvalınız kəskin şəkildə pisləşə bilər. Səbrli olmasanız, duruma nəzarəti rıçaqlarını əldən buraxacaqsınız. Ətrafınızdakı yeniliklərə nəzər salın. 

Tərəzi - Uğurlu və gərgin gündür. Bu gün baş verəcək bəzi məqamlar həyatınızda iz buraxacaq. Problemlər yarana bilər, lakin asan həll olunacaq. Şəxsi məsələlər vaxtınızı daha çox alacaq, lakin nəzərdə tutulmuş işgüzar görüşü yaddan çıxarmayın. Axşam saatlarında stressli vəziyyətdən qurtulun. Dəyər verdiyiniz insanlarla münasibətləri qoruyun.

Əqrəb - Təmkinli olun. Yaşamın diktə etdiyi şərtləri əvvəlcədən təxminləməyə çalışın. Ehtimallarınızda yanılmayın. Hazırlaşmadığınız situasiyaya düşə bilərsiniz. Maliyyə məsələlərində, sənədlərin imzalanmasında, anlaşmaların hazırlanmasında ehtiyatlı olun. Diqqətli olun ki, önəmli məsələ nəzərinizdən qaçmasın. Alış-veriş üçün uğurlu deyil. Məişət və kompüter texnikasını almağa dəyməz.

Oxatan - İşgüzar fəaliyyətiniz təcili dəyişiklikləri, proseslərin qaydaya salınmasını tələb edir. İşlərinizlə müstəqil şəkildə məşğul olun. Bəzi məsələlərin həllini başqalarına həvalə etməyə can atmayın. Mühüm məsələlərdən birini diqqətdən qaçırmayın. Kölgədə qalmağa çalışın. Əks təqdirdə yeni tapşırıqlar alacaqsınız, yardım tələbləri eşidəcəksiniz.

Oğlaq - Mürəkkəb, birmənalı olmayan gündür. Hisslərinizi nəzarət altında saxlayın. İrəliləyişi sürətləndirmək üçün aktivləşin. Müstəqil çalışın, amma bədbinliyə qapılmayın. Potensialınızın imkan verdiyi işlərlə məşğul olun. Səs-küylü ortam əsəblərinizi gərəcək, əhvalınızı korlayacaq. Yaxın ətrafınızdakı insanların xətrinə dəyməyin. Onların maraqları və problemləri ilə maraqlanın. 

Dolça - Günün ilk yarısında gərgin situasiyalar yaranacaq. Problemlər bir-birini əvəzləyir. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzu ilə sizə təzyiq göstərməyə çalışacaq. Vəziyyəti partlayış həddinə çatdırmayın. Qalmaqallar, müqavilələrin pozulması, münasibətlərin kəsilməsi istisna deyil. Maraqlarınızın təminatına çalışın. Əldə etdiyiniz nəticələri qorumaq üçün müdrik və səbrli olun.

Balıqlar - İstəklər və gözləntilərinizi bacarıqlarınız, imkanlarınızla uyğunlaşdırmağa çalışın. Münaqişəli situasiyalara qatılmayın. Ən yaxşı ideyalardan biri formalaşa bilər. Yaranmış şanslardan yararlanın, situasiyanın bəxş etdiyi imkanı qulaqardına vurmayın. Zəngin olduğunuzla bağlı illüziya yaratmağa çalışaraq bədxərclik etməyin.

BAKU.WS