SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS bu günün qoroskopunu təqdim edir:

Qoç - Aktual məsələlərin həllində maksimum qüvvə və inadla çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız. Günün kiinci yarısında anlaşma və ya sövdələşmənin qanun çərçivələrindən kənara çıxmamasına can atın. Maliyyə resurslarınızla risk etməyin. Məğlubiyyət, geriləmə ehtimalları var.

Buğa - Yaxın səfər, uzağa səyahət təklif olunursa - razılaşın. Yaydır, bir qədər istirahətə ehtiyac duyulur. Günün ikinci yarısında səslənən təkliflərdən biri gərəkli, hətta maraqlıdır. Sevdiyiniz insanla münasibətlərdə uzaqgörən olun. Sözlərinizə, hərəkətlərinizə qarşı tərəfin reaksiyasını əvvəlcədən təxminləməyə can atın.

Əkizlər - Əsas məsələləri ön plana çıxarın. Pulunuzu məhz həmin sferalara sərf edin. Günün ikinci yarısında istirahət və əyləncəni unudun. Tanışlar, dostlar və ya sabiq həmkarlardan biri vasitəsilə əlavə gəlir mənbəyi tapmaq olar. Sayıq və aktiv olun. Yaxınlarınızla ünsiyyətdə saxtakarlıq etməyin. Müvazinətdən çıxmayın, dava axtarmayın.

Xərçəng - Xidməti fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişə nail olmaq şansları yaranıb. Günün ikinci yarısında alış-verişdə impulsiv olmayın. Hər gördüyünüz, istədiyiniz əşyanı almağa dəyməz. Sizi narahat edən məsələlərlə bağlı axşam saatlarında ailə üzvləri, dəyərləndirdiyiniz insanlarla müzakirə edin.

Şir - İstək və xəyallarınızın əsirinə çevrilərək reallıqdan uzaqlaşmayın. Maliyyə ehtiyatlarınızı dəqiq qiymətləndirin. Avantüristlik etməyin. Bununla yanaşı, yalnız puluna və ya əlaqələrinə güvənən insanın qarşısında geri çəkilərək vicdanınızı susdurmayın. Yaxınlarınızdan biri sizi təəssüfləndirə bilər.

Qız - İşlərin gedişatından şikayətlənmək üçün səbəb yoxdur. Fəaliyyətinizin nəticələri sizi sevindirəcək. İşdə rəhbərliyin göstərişlərini yerinə yetirin. Amma maaşınızdan və ümumiyyətlə, durumunuzdan narazısınızsa, iş yerini dəyişmək barədə düşünmək gərəkdir. Günün ikinci yarısında nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin.

Tərəzi - Həmkarlarla və tərəfdaşlarla işbirliyi istənilən layihədə uğur şanslarını artıracaq. Pulları yalnız ən önəmli işə sərf edin. Günün ikinci yarısında kommunal ödənişlər, ərzaq və bu kimi vacib məqsədlərə pul xərcləyəndə simiclik etməyin. Kredit və cərimələri ödəyin. 

Əqrəb - Əməllərinizə və sözlərinizə xüsusi diqqət yetirin. İzafi emosiyalar münaqişələrə yol açır. Başqalarının istəklərini kor-koranə yerinə yetirməyin. Günün ikinci yarısında müstəqil çalışın. Kimsədən asılı olmamağa can atın. İşgüzar görüşlər və maliyyə məsələlərinin təftişi üçün əlverişli zamandır.

Oxatan - Qüvvə və potensialınızı olduğundan artıq saymayın. Kənardan yardımlara da güvənməyin. Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Dostlardan və ya tanışlardan birindən yaxşı xəbər alacaqsınız. Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.

Oğlaq - Ətrafınızdakı insanların maraq və mənafelərini nəzərə alın. Çətin situasiyada başınızı itirməyin. Günün ikinci yarısında maliyyə, daşınmaz əmlak və öhdəliklərlə bağlı məsələlərdə tələsik qərar verməyin. Bəzi planların təftişə ehtiyacı var. Axşam saatlarını ailə üzvlərinizə həsr edin.

Dolça - Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın. Onları dinləməyi bacarın. Qayğıkeş və səmimi olsanız, daha ciddi irəliləyişə nail ola bilərsiniz.  Hadisələrin laqeyd müşahidəçisi olmayın. Nəzərdə tutduğunuz işləri müvəffəqiyyətlə başa vurmaq üçün maksimum səy göstərməlisiniz.

Balıqlar - Həllini tələb edən məsələlərin müzakirələrindən çəkinməyin. Günün ikinci yarısında şərik və ya tərəfdaşla fəaliyyətdə qarşılıqlı inam xüsusi əhəmiyyət kəsb edəcək. Alış-verişə yollananda bədxərclik etməyin. Mənasız xərclərdən maliyyəniziə zərbə vura bilər.

BAKU.WS