SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS 30 avqust tarixinin qoroskopunu təqdim edir:

QOÇ - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Birgə fəaliyyət üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın.

BUĞA - Qarışıq gündür. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsız. Həftə sonu olduğunu unutmayın, özünüzü çox yükləməyin. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın.

ƏKİZLƏR - Bu gün müdrik addımlar atacaqsız, bu, qarşınıza qoyduğunuz məqsədlərə çatmanıza böyük təkan verəcək. Xoş olmayan xəbər alacağınız ehtimal edilir. Bu da evdə kiçik mıişət problemi ilə bağlı olacaq.İstəklərinizi hər şeydən üstün tutmayın.

XƏRÇƏNG - Yaxşı gündür. Ən ağır problemi əldir şəkildə çözmək olar. Sevdiyiniz işlə məşğul olmanız öz müsbət nəticəsini verəcək. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın. 

ŞİR - Sirlərinizi hamı ilə bölüşməyin. Faş olunmuş həqiqətlərin bəziləri zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun. Axşam saatlarını həmfikir və ya dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin. Kəskin mübahisələrə başlamayın.

QİZ - Gün uğurlu olacaq. Ailədə fikir ayrılıqları istisna deyil. Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü yormayın.

TƏRƏZİ - Səbrli, təmkinli olun. Çətinlikləri dərhal həll etməyə çalışmayın. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil. Riskli anlaşmalara, avantüralara qatılmayın.

ƏQRƏB – Yaxınlarınızdan birinin istəyi və tələbi təəccüb doğurur. Sağlam məntinq və arqumentlər problemin həlli üçün kompromis tapmağa imkan verəcək. Texniki avadanlıqla, məişət əşyaları ilə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanlardan birinin bədxah münasibəti stress vəziyyəti yaranacaq.

OXATAN – Yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizi aydınlaşdırmağa çalışmayın. Birmənalı dəyərləndirilə bilməyəcək sözlər söyləməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Günün ikinci yarısında yaxınlarınızın ehtiyac və tələbatlarını unudaraq istəklərinizi yerinə yetirməyə çalışmayın.

OĞLAQ - Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar.

ƏQRƏB - Qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin. Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun. Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın. Mübahisələrdə sözlərinizə fikir verin.

DOLÇA - Fəaliyyət planını müstəqil təyin edin. Çətinliklərin həllində yaradıcı təxəyyülü işə salın. Hədəfləri və ya məqsədləri təftiş etmək olar. Prosedurlar arasında ən effektivini, realını seçin. Yaxınlarınız və qohumlarınızla münasibətlərdə qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək.

BALIQLAR - Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bir qədər də iradəli və qətiyyətli olun. Diqqətsizlik və ehtiyatsızlıq ciddi səhvlərə səbəb olmamalıdır. İntuisiyanız sizə ən çətin situasiyalarda çıxış yolunu göstərəcək. Sevdiyiniz insanla təmasları axşam saatlarında aktivləşdirin.

BAKU.WS