VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının avtobus nəqliyyatında yol hərəkəti qaydalarını pozaraq sərnişinlərin həyatını təhlükəyə atan, eləcə də digər nəqliyyat vasitələri üçün təhlükə yaradan sürücülərlə bağlı məlumatlara mətbuatda tez-tez rast gəlinir. Belə hallarla mübarizə gücləndirilsə və qaydalara hörmətsizlik edən sürücülər cəzalandırılsa da, avtobus sürücülərinin qayda pozması halları hələ də mövcuddur.

BAKU.WS
avtosfer.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri sentyabrın 19-da Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.

211 saylı marşrut üzrə hərəkət edən 10 TF 967 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus səhər saatlarında - nəqliyyatın gur vaxtında bir neçə dəfə qarşı hərəkət zolağına çıxmaqla təhlükəli vəziyyət yaradıb.

Hadisəni əks etdirən həvəskar görüntüləri təqdim edirik:



BAKU.WS