SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS istirahət gününün - 9 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Enerjiniz çoxalıb, yorulmaq nə olduğunu bilmirsiniz. Ulduzlar enerjinizi istirahətə yönəltməyi məsləhət görür. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik münasibətlərin başlanğıcı üçün də uyğundur. Şəxsi cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər.

Buğa - Qəribə gündür, həyatınızda baş verən hadisələr məntiqə sığmır. Lakin yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək. Düşünülməmiş hərəkətlər yolverilməzdir, böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər.

Əkizlər - Bu gün əyləncələrə meyilil olacaqsız. İncəsənətə, şou-biznesə marağınınız artacaq. Həyatınızı daha parlaq etmək istəyəcəksiniz. Qeyri-adi ideyalar yaranacaq və hərəkətə keçəcəksiz. İstirahət planınızın bu abu-havada qursanız, yeni və maraqlı tanışlıqlar istisna deyil.

Xərçəng - İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Anlaşılmazlıqlar yarana bilər. Xırda və əhəmiyyətsiz olsa da, yolunuzda maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi ilə vəziyyəti yaxşılığa doğru dəyişə biləcəksiz.

Şir - İstirahət günü olmasına baxmayaraq, məişət problemlər sizi məşğul edəcək. Həftənin yorğunluğunun ardından evdə işləməyiniz sizi gücdən salacaq. Bu səbəbdən də ətrafda baş verən hər şeyə həddən artıq emosional yanaşırsınız. Axşam saatlarını istirahətə ayırmasanız, yeni iş həftəsi sizin üçün işgəncə olacaq.

Qız - Yaranan fikir ayrılıqlarında müdrik mövqe tutmağınız, narazılıqları aradan qaldıracaq. Ən çətin anlarda belə sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər. Bu gün nəinki öz emosiyalarınızı, başqalarının emosiyalarını da idarə edəcək qədər güclüsüz.

Tərəzi - Əlverişli gündür. Həm işgüzar, həm də şəxsi müstəvidə vəziyyət qənaətbəxşdir. Bu gün çevrənizdəkilər sizə rəğbət bəsləyəcək. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur.

Əqrəb - Uğurlu gündür. Müsbət tendensiyalar gün ərzində sizi müşayiət edəcək. Ətrafdakıların diqqətini üzərinizdədir. Yardıma ehtiyacı olanlara əl uzadın. İstirahət barədə düşünürsüzsə, açıq havaya üstünlük verin. Yayın son günlərini təbiətdən zövq almaq şansını əldən verməyin.

Oxatan - Yorğunsuz, enerjiniz azalıb. Buna baxmayaraq gözəl gündür. Ciddi cəhd olmadan belə uğur və şans özü ayağınıza gəlir. Ulduzların sizin xeyrinizə düzülüşündən yararlanın. Bəzi köhnə problemləri bu gün aktuallaşdırıb, həll edin. Bu gün lazımsız xərclər də ola bilər.

Oğlaq - Çətin günə bənzəyir, amma ruhdan düşməyin. Çevrənizdəki insanlarla qarşılıqlı anlaşmaya nail olmaq asan olmayacaq. Düşünülməmiş ifadələr işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər. Öz mənafelərinizi qoruyarkən həddindən artıq sərt olmayın. Unutmayın, şirin dil çox qapıları açmağa qadirdir.

Dolça - Rahat və sakit gündür. Heç bir problem gündəmə gəlməyəcək və yeni problemin yaranmaq ehtimalının sıfır olduğu qədər xoş bir gündür. Günün hormoniyasından istifadə edib, özünüzü əzizləyin. Həyat qısadır, ən yaxşı və bahalı istirahət növünü seçə bilərsiz. 

Balıqlar - Yaxşı gündür. Həyat potensialınız yüksəlib, bu da sizə xoş əhval-ruhiyyə və enerji bəxş edəcək. Buna baxmayaraq, emosional dəstəyə ehtiyacınız var. Etimadınızı qazanmaq istəyən insanlar arasında pis niyyətlilər var. Hər deyilən söz doğru deyil. Məntiqinizi kənara qoyub, intuisiyanızı dinləyin.

BAKU.WS