SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS may ayının ilk gününün ulduz falını təqdim edir: 

QOÇ - Xoş gündür. İstənilən tədbirə cəsarətlə qatılın. Riskdən qorxmayın, ulduzlar uğur vəd edir. Günü dolğun yaşayın.

BUĞA - Şeytani gündür. Məyusluq gətirəcək. Əgər ezamiyyətə və ya uzun müddətli səfərə hazırlaşırsızsa, bunu sabaha saxlayın. Ən yaxşısı daha sərfəli şərtlərlə hərəkət edin.

ƏKİZLƏR - Gün yaxın insanlar və ya işlə bağlı məyusluq gətirəcək. İstənilən səfər və səyahət uğursuzluqla bitəcək. Maliyyə itkiləri ola bilər. Aldadıla bilərsiz. Mümkün qədər diqqətli və ehtiyatlı olun.

XƏRÇƏNG - Əgər məzuniyyətə yola düşməmisizsə, bunu yaxın zamanda etməniz məsləhət görülür. Sizə istirahət vacibdir. Ulduzlar biznesmenlərə investisiya qoyuluşunda tələsməməyi məsləhət görür.

ŞİR - Əməkdaşlarla və rəhbərliklə ünsiyyət üçün uğurlu gündür. Bu gün siz işlərinizdə uğur qazanacağınıza inana bilərsiz. Lakin müştərək layihəyə baş qoşmayın.

QIZ - Şanslı gündür. Maliyyə məsələlərində uzunmüddətli uğur gözlənilir. Şəxsi həyatınızda da işlər qaydasında gedəcək. Bu günün təsirini həftə boyu hiss edəcəksiz.

TƏRƏZİ - Yaxşı gün deyil. Çevrənizdəki insanların həyatında baş verən hadisələr - mənfi emosiyalar, qəzalar, xəstəliklər sizə təsirsiz ötüşməyəcək. Siz vəziyyəti düzəldə bilərsiz. İç dünyanızı dinləyin, hisslərinizi iqnor etməyin. Əgər başınıza pis iş gəlibsə, dərd etməyin. Hər gecədən sonra gün doğar.

ƏQRƏB - Ezamiyyət və səyahət üçün əlverişli gündür. İş əhval-ruhiyyəniz aşağı olacaq. Romantik və ya dostlarla görüş yerinə düşər. Sevdiyiniz şəxslə aranız dəyə bilər, təmkinli olun.

OXATAN - Narahat gündür. Peşəkar sahədə və ya doğma insanlarla münasibətdə məyusluq ehtimalı var. İstənilən maliyyə və ya işgüzar əməliyyat uğursuz alınacaq. Aldanmaq istəmirsizsə diqqətli olun.

OĞLAQ - Rəhbərliyə müraciət üçün xeyirli gündür. Sözünüz yerə düşməyəcək. İstənilən tədbirə cəsarətlə qatılın. Cəhdləriniz nəticəsiz qalmayacaq.

DOLÇA - Bu gün öz düşüncələrinizlə baş-başa qalacaqsız. Daha çox bilik əldə etmək istəyi yaranacaq. Təkliyə çəkilin, bu gün səs-küylü məclislər sizlik deyil.

BALIQLAR - Ehtimal olunur ki, səviyyəli təşkilatların nümayəndələri sizinlə maraqlanacaqlar. İstedadınız və aktivliyiniz onlarda sizə maraq yaradacaq. Ola bilsiz sizə yeni vəzifə versinlər. Düşünmədən razılaşın.

BAKU.WS