SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə axşamının - 4 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Müsbət tendensiyalarla müşahidə olunan uğurlu gündür. Bütün işgüzar görüşlər və əməkdaşlıqlar sizin xeyrinizə nəticələnəcək. Şəxsi münasibətlərdə soyuqluq yaranacaq. Səbəb karyeranıza daha çox zaman ayırmanızdır. Narahat olmayın, buzlar əriyəcək və siz yenə sevimli olacaqsız.

Buğa - Gözləyin, gün xoş sürprizlər vəd edir. Bir-birinin ardınca baş verən hadisələr sizdə yalnız müsbət emosiyalar yaradacaq. Lakin axşam saatlarında çevrənizdəki insanlarla fikir ayrılığı yarana bilər. Düşündüyünüzü dilinizə gətirməyə tələsməyin. Şəxsi maraqlarınız hər zaman işgüzar fəaliyyətinizlə üst-üstə düşməyə bilər. Səbrli olun. Hadisələrin uğurlu inkişafı bütün narazılıqları geridə qoyacaq.

Əkizlər - Enerjiniz aşıb-daşır. Qurub-yaratmağa can atırsız, yeni layihələr gəl-gəl deyir. Peşəkar ambisiyalarınız güclənir, yaradıcı planlarınızı həyata keçirmək həvəsiniz də artır. Lakin qərar verərkən məntiqə üstünlük verin. Yanılmaq riski istisna deyil. Maliyyə uğurları da gözlənilir.

Xərçəng - Məhsuldar gündür. Eyni vaxtda bir neçə işin öhdəsindən gəlmək gücündəsiniz. İşgüzar səfərlər və bu səfərlərdə uzunmüddətli müqavilələrin bağlanması gözlənilir. Yanılmaq istəmirsizsə, qərar verərkən məntiqə deyil, intiusiyanıza güvənin. Şəxsi münasibətləri qaydasına salmağın zamanı gəlib, hərəkət edin.

Şir - Qarışıq və gərgin gündür. Müsbət və mənfi emosiyalar bir-birini əvəz edəcək. Fikirlərinizi cəmləyib işə köklənə bilmirsiz. Bu gün ən yaxşısı ünsiyyətlərdən çəkinin. Ulduzlar bir köşəyə çəkilib, tənhalıqdan zövq almağı məsləhət görür. 

Qız - Çətin gün təsiri bağışlayır. Amma siz çox güclüsüz. Heç bir problem sizi ruhdan salmayacaq. Bu günün çətinliklərinə baxmayaraq, yaxşı əhvalı və həyata nikbin baxışınızı qoruyub saxlayacaqsız. Təmkin nümayiş etdirsəniz, günü mənfi emosiyaya məğlub olmadan başa vura biləcəksiz.

Tərəzi - Uzun zamandır yaranmış və unutmaq istəmədiyiniz problemlər gündəmə gələcək. İşdə problem yaranmasa da, şəxsi münasibətlərdə mübahisə yaranması ehtimalı var. Narahat olmayın, uduzan tərəf siz olmayacaqsız. Çoxdankı düşməninizə qalib gəlmək şansınız var.

Əqrəb - Önəmli gündür. Vacib məsələlər öz həllini tələb edir. Vacib sənədlər, eyni zamanda şəxsi həyatınıza aid olanları imzalaya bilərsiniz. Ciddi olun və bütün gücünüzü məsələnin həllinə yönəldin. Əziyyətlə qurduğunuz münasibətləri qoruyub saxlamağa çalışın. 

Oxatan - İşgüzar görüşlər və müqavilələrin imzalanması üçün münasib gündür. Eyni sözləri romantik münasibətlər barədə də söyləmək olar. Yeni pərəstişkarlarınız peyda olsa da, sizi sevən və dəyər verən insanı unutmayın. Yeni tanışlıqlar uzunmüddətli olmayacaq.

Oğlaq - Çətin gün təsiri bağışlayır, amma ciddi problem gözlənilmir. Sadəcə enerjiniz azalıb. Xoşagəlməz vəziyyətə düşmək istəmirsizsə, bir kənara çəkilin və gücünüzün artmasını gözləyin. Rəhbərlikdən, nüfuzlu adamlardan, dövlət idarələrinin işçilərindən uzaq durun.

Dolça - Olduqca xoş bir gündür. Günboyu yüksək əhval-ruhiyyə sizi müşahidə edəcək. Xırda uğur və önəmsiz hadisələr belə sizi sevindirəcək.
Sevdiyiniz insanlar sizi əzizləyirlər. Dostlarla ünsiyyət üçün əla gündür. Günün dadını çıxarın, axşam saatlarını evdə keçirməyin.

Balıqlar - Yorğunsuz, gücünüz tükənib. Buna baxmayaraq yığılıb qalmış işlər öz həllini tələb edir. Narahat olmayın, hər bir işin öhdəsində uğurla gələcəksiz. Axşam saatlarında yaradıcı potensialınız yüksələcək. Bu potensialı istirahətə sərf etməniz məsləhətdir.

BAKU.WS