BAKU.WS istirahət gününün - 2 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın. Fiziki işdə fayda var. Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq.

Buğa - Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür. Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Eyni zamanda gələcək işlərin əsasını qoyun. Hər şey şəxsi təşəbbüsdən asılı deyil. Seçim qarşısında qalarsızsa, qətiyyətli davranın. Öz xeyrinizə qərar verməkdən çəkinməyin. 

Əkizlər - Vəziyyətin qəfil dönüşü sizin xeyrinizə dəyişə bilər. Sizdən heç nə asılı olmasa da, əlverişli situasiyadan dərhal yararlanın. İndi başqalarının hiss və emosiyalarına daha çox diqqət yetirməli olacaqsınız. Belə davranış şəxsi planlarınız və niyyətinizə zidd olsa da, məqsədə dərhal çatmağa can atmayın. Səhhətinizə fikir verin.

Xərçəng - İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın.İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin. Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz. Situasiyaya təmir rıçaqlarını zəiflətməyin. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər.

Şir - İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin. Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu olacaq. Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da unutmaq istədiyiniz problemləri müzakirə edin. Yaxın gələcəklə bağlı planları səbatlı hala salın.

Qız - Mühüm hadisələr yaşanması istisna deyil. Dəyişikliklər və ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın. Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir edəcək. Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən dividendlərin əldə edilməsi istisna deyil. Məhsuldar tərəfdaşlıq üçün yeni imkanlar yaranır.

Tərəzi - Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil. Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və düşünülmüş addım atın. Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası mümkündür. Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq asasınız.

Əqrəb - Gün dəyişikliklər vəd edir. Yaşam arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin rekonstruksiyası ilə məşğul olun. Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var. Səhhətinizə fikir verin. Pəhrizə başlamaq olar. 

Oxatan - Yeni işə başlamaq üçün əlverişli zamandır. Səbəbsiz təşviş hissləri yarana bilər. Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi yayındırmayın. Mövqelərinizi daha möhkəm edin. Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.

Oğlaq - Yerinə yetirdiyiniz iş nəzərdə tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi maraqlandıracaq yeni nüanslar aşkarlanır. Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar. İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, dostlarla görüşün. Alış-veriş etmək olar. Axşam saatlarını xoş məclisdə keçirin.

Dolça - Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın. Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın çözülməsi maraqlarınıza cavab verir. Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin. Emosiyaların təsiri altında qərar verməyin. Uzaqgörən və soyuqqanlı olun. Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin.

Balıqlar - Sərfəli gündür. Yaranan imkanlardan faydalanın. Səfər və ya ezamiyyət müvəqqəti də olsa sizi gündəlik problemlərdən uzaqlaşdıra bilər.
Dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amil olmalıdır.

BAKU.WS