SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS istirahət gününün qoroskopunu təqdim edir:

Qoç - Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır.

Buğa - Gərgin gündür. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin. Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız.

Əkizlər - Əhvalınız prisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin.

Xərçəng - Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl olmayın. Faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın. Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil.

Şir - Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Günün ikinci yarısında ciddi, böyükmiqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır.

Qız - Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin. İşlərinizdə qayda yaradın. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər.

Tərəzi - Ümidsiz gün deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz. Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə bilərsiniz. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha tez və məntiqidir. 

Əqrəb - Müsbət gündür. İradə, qətiyyət və əzm önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız.

Oxatan - Əsl dəyərlər, ədalət uğrunda səylərinizi əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin. 

Oğlaq - Məhsuldar gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru köklü dəyişikliklərə başlaya bilərsiniz. 

Dolça - Gün uğurludur. İşgüzar danışıqlar məhsuldar olacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız bir sıra prolemləri özü həll edəcək. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Planları, həyacanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla davranış modelindən intuisiyanız xəbər verəcək.

Balıqlar - Gözlədiyinizdən də uğurlu gündür. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız.
Günün ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın. Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli gündür. 

BAKU.WS