SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il Audi AG bizi yenilikləri ilə təəccübləndirməyə davam edir. Yenilənən A8, A7, A6, A1, yenicə təqdim olunan Q8 və budur, yeni ikinci nəsil Q3 modeli qarşınızda!

Yeni Q3 əvvəlki dizayn ilə müqayisədə daha idman üslublu görünüşə malikdir. Audi-nin yeni SUV dizayn anlayışı bu modeldə də istifadə olunub. The Singleframe toru yeni Q3 modelini daha müasir və cəlbedici edir. İkinci nəsil Q3 əvvəlki modeldən daha uzun və daha enlidir. Modelin qabarit uzunluğu 4485 mm, eni - 1855 mm, hündürlüyü isə 1585 mm. Yeni Q3 - daha komfort və yığcam SUV kimi təqdim olunub.

Qaranlıqda avtomobilinizı daha komfort və təhlükəsiz idarə etmək üçün Audi bu modeli Audi Matrix LED ön fənərləri ilə təchiz edib.

Təkərlərin ölçülərinə gəldikdə isə, bazara 17’ və 18’ ölçülərdə təklif olunacaq.

Texnoloji yeniliklər də bu modeli əvvəlki Q3-dən fərqləndirir. MMİ radio standart olaraq avtomobildə öncədən quraşdırılacaq. Sonradan opsiya kimi MMİ navigation plus, Audi virtual cockpit və Bang & Olufsen Premium səs sistemini sifariş etmək mümkündür.

Bu model üç benzin və bir dizel mühərriki ilə təklif olunacaq.

Benzin: 35 TFSİ (150 ag), 40 TFSİ (190 ag) və 45 TFSİ (230 ag) və dizel: 35 TDİ(150 ag).

Tam çəkimli quattro (35 TFSI və 35 TDI – yalnız ön çəkimli)
Ekstra opsiya kimi HD Matrix fənərlər, 20’ təkərlər və S-line paket təklif olunacaq.

Yeni Q3 Almaniya bazarında bu ilin noyabr ayında təqdim olunacaq. Qiymət hazırda məlum deyil.

BAKU.WS