SİZİN REKLAM BURADA!
055 213 76 73



1 iyun – gözəl bayram - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ənənəvi olaraq, bu bayramı xüsusilə qeyd edən McDonald's Azərbaycan bu dəfə əsas fəaliyyəti Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlara səmərəli və ixtisaslı tibbi yardımın göstərilməsi olan "Həyat" xeyriyyə fondu ilə əməkdaşlıq edir.

İyunun 1 McDonald’s restoranlarının müştəriləri tərəfindən yığılmış 16128 AZN dəyərində ianələr "Həyat" Xeyriyyə Fondunun nümayəndələrinə verilmişdi. Bu vəsaitlər aztəminatlı ailələrin olan 0-18 yaşlar arasında olan uşaqların müayinəsi, diaqnostikası və müalicəsinə sərf olunacaq. Söhbət görmə qabiliyyətinin pozulmasından əziyyət çəkən uşaqlar haqqında gedir. Diaqnostika, müalicə və cərrahiyyə əməliyyatının keçirilməsi "RMMD" və "Avrasiya" klinikalarının aparıcı mütəxəssis-oftalmoloqları tərəfindən həyata keçiriləcək.

Ümumilikdə McDonald’s restoranlarının müştəriləri tərəfindən yığılmış ianələrə göz xəstəliklərindən əziyyət çəkən 18 uşağa tibbi yardım göstəriləcək. Bunların arasında göz qapaqlarının anadangəlmə ptozu, göz yaşı kanallarının tutulması, çəpgözlüyün müxtəlif növləri və s. kimi xəstəliklərin müalicəsi nəzərdə yuyulub.

Xatırladaq ki, “Həyat” Fondu yardım sevər insanların ianələri vasitəsilə maliyyələşdirilir. Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, eləcə də bank vasitəsilə istənilən məbləği fondun hesabına köçürməklə yardım etmək mümkündür.
Tezliklə vətəndaşların ödəniş terminallarla və vəsaitin kartdan karta köçürməsi vasitəsilə ianə etmək imkanları da olacaq. Yardım etmək yolları və digər ətraflı məlumatı fondun rəsmi İnternet səhifəsindən əldə etmək mümkündür: www.hayatfondu.az

Hər zaman olduğu kimi, McDonald’s şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə öncül məqsədlərindən biri uşaqlara dəstək amilidir. “Kiçik uşaqların böyük problemləri olmamalıdır!”- McDonald’s-ın öz şüarına sadiqlik nümayiş etdirir. McDonald’s Azərbaycan şirkəti 1999-cu ildən bu günə kimi daim ehtiyacı olan uşaqlara və uşaq evlərinə dəstək, qayğı və məhəbbətini göstərmiş və bundan sonra da göstərəcəkdir.

McDonald’s Azərbaycan bir daha öz müştərilərinə bu xeyriyyə tədbirində bizimlə ovduqlarına görə öz dərin minnətdarlığını bildirib, bütün uşaqları 1İyun Uşaqların Müdafiəsi Günü münasibəti ilə təbrik edir.