SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dünyaca məhşur tam müasir McDonald’s restoranı artıq fəaliyyətə başladı. Gəncə və region üçün çoxdan gözlənilən McDonald’s restoranı “Gəncə Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində qapılarını öz sevimli müştərilərinin üzünə açdı.

“Gəncə Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən tam yeni dizaynlı və müasir McDonald’s restoranın ümumi sahəsi 189 kv metr təşkil edir. Bu restoran qida sahəsində istifadə edilən ən yüksək texnologiyalarla və avadanlıqlarla təchiz edilmişdir. Bütün avadanlıqlar Avropa şirkətlərindən alınmışdır. Bu texnologiyalar vasitəsi ilə restoranda qida təhlükəsizliyinin bütün mərhələlərinin qorunması ilə müştərilərimizi yüksək keyfiyyətli qida ilə təmin etmək mümkün olacaq.
Ənənəvi olaraq, McDonald’s Azərbaycan şirkəti Gəncədə yerləşən restoranına “Gəncə Uşaq Evinin” uşaqlarını qonaq qismində dəvət etmiş və tərəfimizdən uşaqlara hədiyyələr təqdim olunmuşdur. Bundan başqa, bu tədbirdə McDonald’s restoranların müştəriləri tərəfindən yığılmış ianələrdən 15 500 AZN dəyərində simvolik çek Uşaq Evinin direktoruna təqdim edilmişdir. Bu məbləğ Uşaq Evinə lazımı texniki avadanlığın alınmasına sərf edilmişdir.
Gəncədə restoranın açılışı ilə Gəncə şəhərindən olan 50 gənc işlə təmin olunmuşdur. Bunların içində McDonald’s təlim sisteminə uyğun olaraq müəyyən müddət ərzində McDonald’s Azərbaycanın Bakı şəhərində yerləşən restoranlarında təlimlər keçmişlər. Bu gənclərin içindən 15 nəfər lazimi test və praktik imtahanlardan keçərək Menecer vəzifəsinə yüksəlmiş və bu gün artıq Gəncə şəhərində öz müştərilərinə yüksək səviyyəli xidmət göstərirlər. Ümumiyyətlə, McDonald’s Azərbaycan şirkəti gündəlik işin təşkili, müştərlərlə birbaşa ünsiyyət qurmaq, restoranı yüksək standartla idarə etmək üçün işçilərin təlim proqramına və inkişafına xüsusi diqqət ayırır. Peşəkar kadrlar McDonald’s Azərbaycan şirkətinin uğurunun əsas hissəsini təşkil edir. Hər bir işçi, eyni zamanda Gəncədə işləyən işçilərimiz McDonald’s sistemində karyera başlanğıcı və artımı üçün gözəl fürsət qazanmışdır.
McDonald’s Azərbaycan1999-cu ilin Noyabr ayından etibarən fəaliyyət göstərməkdədir və hal-hazırda 12 müəssisədən ibarətdir. Eyni zamanda şirkətimizdə 1000 nəfərə yaxın əməkdaş daimi işlə təmin olunmuşdur.