055 213 76 73
BAKU.WS 28 aprelin ulduz falını təqdim edir:
QOÇ – Öz imkanlarınızı analiz etmək üçün uğurlu dönəmdir. Yeni tanışlıq və ya hadisələrin axını həyatınızda böyük rol oynayacaq. Mənfi və ya müsbət olması isə sizin qərarınızdan asılıdır.
BUĞA - Biznes sahəsində çalışanlar üçün uğurlu gündür. Maddi vəziyyətinizə müsbət təsir göstərən təklif ala bilərsiz.
ƏKİZLƏR – Yaradıcı əkizlər üçün uğurlu gündür. Uzun zamandır həyata keçirmək istədiyiniz arzunuzu gerçəkləşdirmək imkanı yaranacaq. Yaxın insanla mübahisə istisna deyil.
XƏRÇƏNG – Planetlər sərfəli iş təkliflərə diqqət ayırmağı məsləhət görür. Lakin qəfil qərarlar verməyin. Təmkinli olsanız, bütün problemlər öz həllini tapacaq.
ŞİR – Gün xoş olmayan xəbərlə başlaya bilər. Sevgi münasibətləri və ya ruhi axtarış effektli olacaq. Romantik görüş gözlənilir.
QIZ – Şansınız gətirəcək. Heç nədən çəkinməyin. Lakin hər hansı addımı atarkən doğmalarınızı düşünün. Verdiyiniz qərarla onları üzə bilərsiz.
TƏRƏZİ - Uğurlu gündür. Gəlirləriniz artacaq. Ailənizə maksimum diqqət ayırın. Səs-küylü məclilərdən qaçın. Mübahisə gözlənilir.
ƏQRƏB – Təzadlı gündür. Günün birinci yarısında kefiniz pozulacaq. Bu gün gəzinti və istirahət üçün ən uyğun zamandır.
OXATAN – Ağır gün ola bilər. Bu gün ən yaxşısı istənilən kommersiya səfərlərini və ya maliyyəə əməliyyatlarını təxirə salın..
OĞLAQ – Emosional yenilənmə dövrü başlayır. Həyat gücünüzü düzgün yönləndirməyi bacaracaqsız. Bu gün tanış olacağınız insanlar həyatınızda böyük rol oynayacaq.
DOLÇA – Ümumilikdə yaxşı gündür. Sizin ciddiyətiniz, təkrarolunmazlığınız və əməksevərliyiniz rəhbərlik və himayədarlarınızdan xeyir-dua almanıza səbəb olacaq. Sağlamlığınızda yaranan xəstəlik simptomlarına diqqət yetirin.
BALIQLAR – Ətrafınızda baş verənlər sizə öz təsirini göstərəcək. Çoxları sizin bacarıqlarınızdan öz mənfəətləri üçün istifadə etmək istəyəcəklər. Lakin qəfil qərarlar verməyin. Diqqətli olsanız bütün problemlər öz həllini tapacaq.
BAKU.WS