SİZİN REKLAM BURADA!
055 213 76 73



"CNBC” dünyanın 20 ən parlaq ideyaya malik startapını təqdim edib. Bu startaplar arasında Azərbaycanın "BethClip” layihəsi də yer alıb.

BAKU.WS
-in Rabitə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "BethClip” qlobal məkanda rəqabətli və perspektivli startapları müəyyənləşdirmək məqsədilə təşkil edilən "Startup Open” yarışının əsas iştirakçılarından biridir. Bu layihə GEW 50-də - "Startup Open” yarışında 800 layihədən finala qalmış 50 layihədən biri olub.

Finalçılar 2016-cı ilin martında Kolumbiyanın Medellin şəhərində keçiriləcək Qlobal Sahibkarlıq Konqresində yarışacaqlar.

Qeyd edək ki, "BethClip” "QUTechnopark”-ın təşkil etdiyi "Yeni Fikir-2014”-ün qalibi olub. Həmçinin "ITU Telecom World”-də ən yaxşı KOS (Kiçik və Orta sahibkar) mükafatına layiq görülüb.

"BethClip” komandası artıq yanvar ayından satışlara başlamağı da planlaşdırır.

Ziya Səccad

BAKU.WS