SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı milyarderlər Rusiyada okeanarium inşasından imtina ediblər.
 
BAKU.WS-in məlumatına görə, Moskvanın "Optima" şirkətinin rəhbərləri God Nisanov və Zarah İliyev (Azərbaycanlı dağ yəhudiləri) Rusiyanın Sankt-Peterburq şəhərində inşa edilməyəsi planlaşdırılan layihəni dayandırmaq qərarına gəliblər.

Azərbaycanlı milyarderlər Kupçino rayonunda inşa edilməsi planlaşdırılan okeanariumun inşası yarımçıq qalıb. Layihənin həyata keçirilməsi üçün investorlara 3,6 hektar ərazi də ayrılmışdı. Layihə dəyəri 3,5 milyard. rubla bərabər idi.

Bu pula dəniz muzeyi, okeanariumun və kinoteatrın da daxil olduğu möhtəşəm kompleks tikilməli idi. Bir neçə hovuzu delfinlər, tısbağa və hətta timsahlarla doldurmaq nəzərdə tutulurdu. Kompleksin 2017-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilirdi.

Sankt-Peterburqun gözəlləşdirmə komitəsinin sədr müavini Viktor Şabnov investorların layihədən imtina etdiyini açıqlayıb. 
 
BAKU.WS