SİZİN REKLAM BURADA!
055 213 76 73



21-ci əsrin "Troya" atı internet və sosial şəbəkələrdi. İnsanlar özləri də bilmədən internet vasitəsi ilə düşmənlərinə qapı açır. Amma bunu tərgitmək heç də asan iş deyil. İnternet insanların qanına keçmiş narkotik kimidir.

Bu il ərzində “whatsapp” mesajlaşma programında yayılmış bəzi səslər var ki, insanlar o səslərin təsirinə düşür. Daha dərinliyə getsək biz onsuzda tez təsirə düşən millətik. Tarixdən bu günə kimi götürsək kimlərin təsirinə düşməmişik ki? Bu vəziyyətə düşməyimizin ilkin səbəbi isə intelektual səviyyəmizin inkşafındakı bəzi problemlərdir. Biz cahilliyə bürünüb el ilə sürünməyə davam edirik. Atalar dediyi kimi “Palaza bürün, elnən sürün”. Bu sözü də atalar boş yerə deməyib onlar özləridə elə o təfəkkürün sahibi olublar. Biz onlarında təsirinə düşmüşük.

İndi isə nə elə atalar var, nə elə sözlər. Biz isə təsirə düşməyə yeni bir şey tapmalıyıq axı. Həmin o atalar və sözlərini isə bəzi sosial şəbəkələr, internet proqramları əvəz edir. Onlardan biri də qeyd etdiyimiz kimi “whatsapp” programında yayılmış səslərdir.

Son bir ildə yayılmış bəzi "whatsapp" səslərinin içində məna kəsb etməyən sözləri hər kəs ciddi qəbul edir biri-birinə göndərərək sanki çox ciddiymiş kimi bunu ictimailəşdirirlər. Qəbul etmək lazımdır ki, biz çox saf millətik. Həmişə düşünməkdən çox inanmağa üstünlük veririk. Bunun bir səbəbi kimi isə Bruce Calvertin dediyi “İnanmaq düşünməkdən asandır. Buna görə çox insan inanmağı seçir” misalını göstərmək olar.
Biz tarix boyu inanmışıq. İlk öncə “Zərdüştə” inanıb odla oynadıq, sonra ərəblərə inanıb dinlə ağladıq. İndi isə texnologiya qurbanı olmağa doğru sürətli addımlar atırıq.

Məsələn son bir ildə yayılmış səslərə bunları misal göstərmək olar. “Bakıda məktəblərin qabağında narkotik tərkibli konfet paylayan şəxs”, “Coca-cola ilə bağlı səs” , “Yaxın zamanda baş vermiş küləklə bağlı səs yazısı”, “Sumqayıtda məktəblilərdən yer soruşan pedofil” və buna bənzər cox məlumat var.

Camaata burdan demək istəyirəm ki, gəlin biraz düşüncəli olaq. Hər şeyə inanmayaq. 21-ci əsrdə belə cahilliyimizi bu qədər açıq-aşkar bəlli etməyək heç olmasa. O səs yazılarına bu qədər inanmağa ehtiyac yoxdu. Bizim bu qədər cahil olmağımız, xarici qüvvələrin tankla, silahla nəsə təxribat törətməyinə ehtiyac olmadığın göstərir. Adi bir “whatsapp”la təxribat törətmək xarici qüvələrin işini daha çox asanlaşdırar.

Necə deyərlər: “Eşit, amma inanma!”

Nihat HÜSEYNZADƏ
BAKU.WS