VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gecə internet təminatında fasilələr yarana bilər.

"Bakı Telefon Rabitəsi" MMC-dən BAKU.WS-ə verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

BAKU.WS