Azərbaycanlı rəssam Camal Əhmədov "Avropa Plyus" radiosunun əməkdaşı Maksim Koçerqin ilə evlənib. 
 
BAKU.WS-in məlumatına görə, eynicinslərin nikahı Danimarkanın paytaxtı Kopenhagendə baş tutub. Rusiyanın "Avropa Plyus" radiosunun proqram direktoru Maksim Koçerqin nikah mərasimi ilə əlaqədar olaraq Kopenhagenə yola düşüb.
 
Məşhur azərbaycanlı rəssam və həyat yoldaşı özəl günlərindən fotolar paylaşıb. Cütlüyün dostları onları bu nikah münasibəti ilə təbrik edib. Görüntülərdən də cütlüyün rəsmi sənədləri imzaladığını görmək mümkündür. 

Maksim Koçerqin artıq on ildir ki, "Avropaya Plyus" radiosunda çalışır. Koçerqinin şou-biznesdəki çoxsaylı dostlarının sözlərinə görə, o heç vaxt öz seksual həyatı barədə məlumat verməyib. Amma Maksimin yaxınları onun bir kişi ilə münasibəti olduğunu haqqında bilirdilər. Azərbaycanlı rəssam Camal Əhmədov isə akvarelin janrında işləyən rəssamdır. Əhmədov çoxsaylı sərgilər də iştirak edib. 

Cütlük evləndikdən sonra Danimarkada qalmayıblar və Rusiyaya qayıdıblar. İndi hər iki "ər" Rusiyada yaşayır və işləyir.
 
BAKU.WS