SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda həkimlərin 2 aydan sonra öləcəyini dediyi qadın Türkiyədə əməliyyat olunub və həyatda qalıb.

BAKU.WS-in məlumatına görə, NTV telekanalı əməliyyat olunan 50 yaşlı Rəsmiyə Vəliyeva haqqında reportaj hazırlayıb.

Qadın bildirib ki, Azərbaycanda həkimlər ona 2 ay ömrünün qaldığını deyiblər.

“Həkimlər mənə dedi ki, ürəyində əməliyyat edə bilmərik. Bu çox risklidir. Ürək damarlarımda tıxanma var idi. Türkiyədə tanışlarımız var idi. Onlar vasitəsilə burada həkimə gəldim. Türkiyəli həkimlər ürəyimdə əməliyyat keçirdilər. İndi sağlamam. Ölümdən qayıtdım”, - deyə Rəsmiyyə Vəliyeva bildirib.

BAKU.WS