SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə gözəli Amine Gülşe ilə nişanlanacağı ilə bağlı söz-söhbətlər yayılsa da, futbolçu Mesut Özil sürpriz şəkildə keçmiş sevgilisi Mendi Kapristoyla barışıb.

BAKU.WS Türkiyə mediasına istinadən məlumat verir ki, bir neçə gün əvvəl Amine Mesutu nəzərdə tutaraq "münasibətimizi gizli yaşayırıq" demişdi. Eyni zamanda nişan üzüyünün harada olması sualına isə model "evdədir" deməklə iddiaları təsdiqləmişdi.

Mesut Özil dünən Berlində təşkil olunan "Bambi 2015" mükafatlandırma mərasiminə keçmiş sevgilisi Kapristo ilə qatılıb. Çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşan Mesut soyadlarını birləşdirərək "ozistoisback" ("Ozisto" geri döndü), "happy" yazıb.
 
BAKU.WS