SİZİN REKLAM BURADA!
055 213 76 73



"WhatsApp" daha bir yeniliyə imza atıb. Bundan sonra messencerdə eyni anda 5 nəfər səsli rabitə ilə ünsiyyət qura biləcək.

BAKU.WS-in məlumatına görə, hazırda bu funksiya test rejimində işləyir. Onun "WhatsApp" istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya Wi-Fi-dan istifadə etməlidirlər. Bunun üçün messencerin sağ yuxarı hissəsində söhbətə əlavə iştirakçıları qoşmaq üçün düymə yerləşdirilib. Amma əlavə olunan şəxslərin əlaqə nömrələri telefon kitabçasında mütləq qeyd olunmalıdır.

BAKU.WS