SİZİN REKLAM BURADA!
055 213 76 73



W-trio qrupunun keçmiş solisti, müğənni Əminə Şirin veriliş açır.

BAKU.WS-in olke.az-a istinadən məlumatına görə, Space telekanalında yayımlanacaq proqram "Meloman" adlanır. Həftə içi beş gün yayımlanan proqramda jurnalistlər və musiqi adamları qonaq olacaqlar.

Qeyd edək ki, Əminə Şirin bir müddət öncə futbol üzrə milli komandamızın əsas qapıçısı Kamran Ağayevlə sevgili olması xəbəriylə gündəmə gəlmişdi.

BAKU.WS