SİZİN REKLAM BURADA!
055 213 76 73



Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin bugünkü qonağı xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovadır.

BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, aparıcı Sevinc Əliyeva müğənni ilə bağlı ilginc açıqlamalar verib. O, sənətçinin Çexiyadan gələndə gömrükdə saxlanıldığını bildirib:

“Lalə əlində torbalarla gələndə, onu gömrükdə saxlayıblar ki, “aç sumkaları baxaq”. Camaat pal-paltar, ayaqqabı, cer-cehiz, bahalı xalı-xalça gətirər, bu da xırda muncuqlar gətirib”.

Müğənni aparıcının sözünü təsdiqləyib:

“Düz deyirsən, onda qıtlıq idi, indi mağazalarda hər şey var. Mən o muncuqları gətirirdim ki, paltarlara düzüm. Ancaq sumkalarda yox, qutularda gətirirdim”.

Qeyd edək ki, Lalə Dadaşovanın qonaq olduğu veriliş bu gün Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.

BAKU.WS