SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülərkən olduğu limuzinin nömrəsi auksionda rekord qiymətə satılıb.

BAKU.WS-in ANS PRESS-ə istinadla verdiyi məlumata görə, bu barədə Heritage Auctions auksion evi xəbər yayıb.

Bildirilir ki, Texas ştatının Dallas şəhərində keçirilən auksion zamanı mərhum prezidentin maşınının nömrəsi 100 min dollara satılıb. GG-300 yaşıl rəngli dövlət nömrə nişanının hərracda ilkin qiyməti 40 min dollar olub.

Nömrəyə 100 000 dolları verənin adı anonim saxlanılır. Lakin məlum olub ki, həmin şəxs Kennedi ailəsinə məxsus əşyaların kolleksiyasını toplayır.

Heritage Auctions-dan bildirilib ki, 1963-cü ildə Kennedinin olduğu prezident limuzini "Ford" avtomobil şirkəti tərəfindən istehsal olunub. Həmin avtomobil Ohayo ştatında yerləşən Hess & Eisenhardt şirkəti tərəfindən sifariş edilib.

Prezident Kennedi sui qəsd nəticəsində öldürüldükdən sonra avtomobilə gülləkeçirmək dam yığıldı, maşının silahlı hücumlardan müdafiə qabiliyyəti artırıldı.

 

Con Kennedi bu limuzində öldürülüb


Bundan başqa limuzinə yeni işarəli nömrə qoyuldu, köhnə isə zibilliyə atıldı. Hess & Eisenhardt şirkətinin təsisçisi Uillard Qess həmin nömrəni götürərək özündə xatirə olaraq saxlayıb. Daha sonra nömrəni Qessin qızı saxlayıb.

Con Kennedi 1963-cü ildə öldürülüb. Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırmışdır. 1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. 

Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi.[7] Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi.

 

Con Kennedi - ABŞ-ın 35-ci prezidenti (1961 - 1963)

Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi.

Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. "Linkoln" Parklend Hospitelə yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi.