VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dənizkənarı bulvarda bakının ən böyük yolkası quraşdırılır. "Yolka"nın hündürlüyü 35 metr olacaq. Bununla yanaşı, bulvar idarəsi tərəfindən ərazidə yeni il yarmarkalarının da təşkil edilməsi nəzərdə tutulub.

Paytaxtın ən böyük yeni il "yolka"sı belə quraşdırılır. Böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı bulvarı yeni ilə hazırlaşır.

Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidovun sözlərinə görə, hazırlıq tədbirləri çərçivəsində "Neftçilər" prospekti istiqamətində ağacların işıqlandırılmasına və Kukla teatrının yanındakı böyük meydanda "yolka"nın quraşdırılmasına başlanılıb. Yolkanın hündürlüyü 35 metr olacaq.

Bulvarda quraşdırılan "yolka"nın ətrafında şaxta baba və qar qız da olacaq. Vətəndaşlar onlarla ödənişsiz şəkil də çəkdirə biləcəklər.

Bulvarda yeniliklər də olacaq. Vətəndaşların rahat alış-verişi üçün bayram yarmarkalarının təşkil edilməsi nəzərdə tutulub.

Bundan başqa, ''Azneft'' meydanı və Qız Qalasının yanında da yolkaların qurulmasına başlanılıb.

BAKU.WS