VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın kriminal aləminin nüfuzlu "qanuni oğru"ları azadlığa çıxan "Lotu Quli" ləqəbli Nadir Səlifov ilə görüşüb.

BAKU.WS-in məlumatına görə, "Lotu Quli", qardaşı Namiq Səlifovla yanaşı digər oğrularla da görüşüb.

Başda Rəşad "Gəncinski" olmaqla Rafət "Əlibayramlınski", Kuşnər "Qomelskiy", Hacı Xəsrət və İlqam "Lotu Quli"nin ziyarətinə gəlib.

Qeyd edək ki, Qulinin həbsdən vaxtından əvvəl çıxması postsovet məkanı oğru dünyasında böyük sensasiyaya səbəb olub. Onun azadlığa çaxacağını yalnız yaxın ətrafı bildiyi üçün bu məsələ öncədən kriminal çevrələrdə hallanmayıb.

Tuncay
BAKU.WS