SİZİN REKLAM BURADA!
055 213 76 73


 
FOX TV-də yayımlanan "İnadına aşk" serialı öpüşmə səhnəsinə görə RTÜK (Radio və Televiziya Qurumu) tərəfindən cəzalandırılıb.

BAKU.WS Türkiyə mediasına istinadən məlumat verir ki, qurum serialın 9-cu bölümündə Defne və Yalının öpüşməsini "heç də məsum deyildi" kimi şərh edib: "Yeni seriyanın başlanğıcında 30 saniyəlik öpüşmə səhnəsindən sonra reklam verildi. Reklamlardan qayıtdıqdan sonra da öpüşmə səhnəsi 40 saniyə davam etdi. Bu səhnə ssenaridə lazım olduğundan daha ehtiraslı, şəhvətli, vaxt və çəkiliş texnikası baxımından da erotik xarakter daşıyır".

RTÜK telekanalı "ifrat erotika", "şəhvətli səhnə", "azyaşlılarda cinsi ehtiyacları oyatmaq" ittihamı ilə cərimə edib.
 
BAKU.WS