Sabah güclü yağış yağacaq

Bakı və Abşeron yarımadasında oktyabrın 29-da fasilələrlə yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu gecə 10-12, gündüz 12-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 29-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabah yağış yağacaq
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvə...
