VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün müğənni Pərviz Abdullayevin toyu baş tutub.

BAKU.WS-in məlumatına görə, şəhər restoranlarından birində baş tutan mərasimdə şou-biznes nümayəndələri iştirak edib.

Müğənninin toyunda Ədalət Şükürov, Eyyub Yaqubov mahnılar oxuyaraq Pərvizi təbrik ediblər. Pərviz öz toyunda dostları ilə şıdırğı rəqs də edib.  

Qeyd edək ki, Pərvizin nişanı apreldə olmuşdu. Sənətçi iyulda Bakı kəndlərindən birində özünə oğlan toyu etmişdi.

Nazim
BAKU.WS