SİZİN REKLAM BURADA!
055 213 76 73



Əvvəllər çıldağa bir dəfə getmək kifayət edirdisə, indi insanlar bunu bir neçə dəfə edirlər. Yəni qorxu götüzdürmək üçün istifadə olunan bu vasitə sanki müalicə kursuna çevrilib.

BAKU.WS Xəzər Tv-yə istinadən bildirir ki, Maştağada bir çıldaqçı çox ağır qorxu keçirmiş xəstələrə bunu 3 dəfə etməyi məsləhət görür. O, bununla bağlı elan da yazaraq çıldaqçılıqla məşğul olduğu məkana yapışdırıb.

Həmin elanın asıldığı çıldaq Bakının Maştağa qəsəbəsi, axund Mirzə Əbdülkərim küçəsində yerləşir. Çıldaqçı Zülfüqar başqa həmkarlarından fərli olaraq 1 yox, 3 dəfəyə qorxu götürür. Sanki müalicə kursu ilə məşğul olur.

Çıldaqçı Zülfüqar, ağır qorxuların bir dəfəyə bədəndən çıxmadığını deyir və bu elanı yazmaqla insanları marifləndirmək istədiyini iddia edir.

O, son vaxtlar çıldaqçılıq edənlərin sayının artıdığı deyir. Hətta onun əlinə baxıb bu işlə məşğul olanlar da var. Çıldaqçı bu işin dinlə əlaqəsinin olmadığını desə də, hər ürəyi istəyənin etdiyi çıldağın effekt vermədiyini bildirir.

İştahası olmayanlar, yuxu rejimi pozulanlar, tez-tez qorxanlar çıldağa gedirlər. Hətta çıldaqçı Zülfiqarın yanına rayondan gələnlər də var.

Çıldaqçı gördüyü iş üçün konkret məbləğ təyin etməyib. İnsanlar çıldaq etdirmək qarşılığında imkanları çatan məbləği ödəyir.

BAKU.WS