VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əsrlərlədir insanlar təbii daşları müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. El arasında ən geniş yayılmışı isə kəhrəbadır ki, xüsusi olaraq zob kimi tanınan xəstəlikdə istifadə edilir. Bəs görəsən tibbi cəhətdən bu daşlar insanları müalicə edə bilərmi?

Daşların biri 2 manata, digəri isə 40 min manatadır. Son zamanlar müalicəvi hesab edilən təbii daşlara maraq xeyli artıb.
Kimi şəxsi bəzək əşyası, kimi isə evdə süvenir kimi alıb istifadə edir. Alıcıların əksəriyyəti müalicəvi təsiri olduğunu deyir. Ümumiyyətlə, belə hesab edilir ki, daşların titrəyişi insan orqanizminin titrəyişi ilə həmahənglik təşkil edir və orqanizmi zərərli təsirlərdən müalicə edir.

Satıcılar da son zamanlar təbii daşlara marağın kəskin artdığını deyir. Onların iddiasına görə, əksər vaxt həkimlər elə özləri bu daşları müalicə metdodu kimi xəstələrə tövsiyə edir.

Hətta satıcılar deyir ki, daş seçərkən xəstəlik qədər onu alan şəxsin hansı bürcdən olması da önəmlidir.

El arasında ən geniş yayılmış müalicəvi daş kəhrəba daşıdır ki, onun da xüsusi olaraq el arasında zob adlandırılan xəstəliyə qarşı effektli olduğu deyilir.
Lakin həkimlər insanları bir daha xəbərdar edir ki, daşların təyinatını mütləq bilmək lazımdır. Orqanizmə uyğun olmayan və yanlış seçilən daş mənfi təsir göstərə bilər. Həmçinin yadda saxlamaq lazımdır ki, bu daşlar müalicəyə yalnız köməkçi vasitədir. Yalnız daşlarla xəstəliyi müalicə etmək mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS