SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda holdinqlərin, iri şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil.


2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal” şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.

 

 


"Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.

"Marja”nın araşdırması nəticəsində məlum olub ki, "Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb - katerinq, qida, restoranlar və avtomobil satışı.

"Caspian Crystal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin - "Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. "Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılıb.

 

 

 

Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştəriləri üçün nəzərdə tutulub.

"Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı "Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur.

"Caspian Crystal” şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və "Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb. Hazırda "Gastronomy-1”, "Gastronomy-2” və "Gastronomy-3” mağazaları fəaliyyət göstərir.

 

 

 

 

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan "Caspian Crystal” şirkəti "Beluga”, "Salvador Dali”, "Lord”, "VİP”, "Velluto” və "Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

"Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Şirkət quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.

 

 

 

Azərbaycanda "Range Rover”, "Yaguar”, "Maseratti” avtomobillərinin və "Dicati” motosikletlərinin rəsmi distribütoru olan "Crystal Motors” şirkəti də "Caspian Crystal” holdinqinə bağlıdır.

"Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal” plazada yerləşir.

BAKU.WS