SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənclərin daha çox bəyəndiyi  şirniyyat olan çizkeyk  (Cheesecake) Avropa və Amerika mətbəxinə aiddir. Evdə hazırlanması çətin olan bu şirniyyatı yaponiyalı bir xanım  3 məmulatla hazırlamağı tapıb. 

BAKU.WS bu resepti sizinlə bölüşür:

Şirniyyatın hazırlanması üçün lazım olan məmulatlar-3 yumurta, 120 q ağ şokolad və  120 q krem pendir (cream cheese). İlk olaraq yumurtaların  sarısını ağından ayırıb soyuducuya yerləşdirin. Sobanı 170 dərəcəyədək qızdırın. Şokoladı su hamamında əriyənə qədər qarışdırın. Krem pendiri əlavə edib eynicinsli qarışıq alınana qədər qarışdırın. Əvvəlcə 3 yumurtanın sarısını əlavə edin və yenidən qarışdırın. Soyuducuda saxladığımız yumurtaların ağını qarışdırıb bu kütləyə əlavə edin. Perqament kağızı (yağlanmış) döşənmiş siniyə hazırladığımız  kütləni töküb  170 dərəcədə qızdırdığımız sobada 15 dəqiqə bişiririk. (formanı qoyandan sonra  sobanın listinə bir az su əlavə edirik).

Bişdikdən sonra sobanı açmadan içində bir neçə dəqiqə saxlayırıq. Nəhayət Çizkeykimiz hazırdır. Soyuduqdan sonra üzərinə toz şəkəri səpirik.
 
Nuş olsun!

Aysel Selcan 
BAKU.WS