"Stalinin başı” filminin qalasında geyindiyi libasla qalmaqal yaradan aktrisa Ülfət Bəşirin daha bir geyimi ona çətin anlar yaşadıb.
 
BAKU.WS xəbər verir ki, aktrisanın geyindiyi qısa libas onun başına bəla olub. O, pilləkənlərdən düşməyə belə çətinlik çəkib. 

Xatırladaq ki, Ülfət Bəşir "Stalinin başı" filminin qala gecəsində dekolteli və yarıqlı geyimi ilə xüsusi fərqlənib. Çəhrayi rəngli libas aktrisanın başına bəla olub, onun "sözünə baxmayıb”.

Ülfət Nizami Kino Mərkəzinin zalında oturarkən kameralara tuş gəlib.