SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur türk qəssab Nüsret "Survivor" realiti şousunun qonağı olub.
 
BAKU.WS xəbər verir ki, verilişə qonaq qismində qatılan məşhur qəssab çəkiliş heyəti ilə çimərlik futbolu da oynayıb. Nüsret məşhur şouya prodüser Acun Ilıcalının dəvəti ilə qatılıb. Onların birlikdə futbol oynamasını əks etdirən videonu Nüsret öz şəxsi instaqram hesabında paylaşıb.
 
Qeyd edək ki, 2010-cu ildən Dubayda və Türkiyədə fəaliyyətə başlayan Nüsrət Gökçənin rəhbərlik etdiyi Nusr-Et Steakhouse restoranı dünyada məşhurlaşıb. Onu da qeyd edək ki, bu yaxınlarda məşhur Hollivud ulduz Leonardo Di Kaprio da Nusrətin qonağı olub. Bundan başqa onun duztökmə hərəkəti nəyinki Türkiyədə bütün dünyada məşhurdur. 
 
Nüsrət Dubaydakı bir media şirkətində çalışan Candy Denat ilə birlikdə yaşayır. Təxminən 1 il əvvəl baş tutan tanışlıq bir müddət sonra qarşılıqlı eşqə çevrilib. Cütlük kecən ay məşhur bir italyan geyim markasının Dubayda kecirilən təbirinə də birlikdə qatılıblar. 

BAKU.WS