SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Apple" şirkətinin onuncu il şərəfinə yeni iPhone modelini ictimaiyyətə təqdim edəcək.

 
BAKU.WS-in məlumatına görə, artıq internetə sızdırılan maket görüntülər cihaz haqqında təsvirlərin yaranmasına imkan yaradacaq. Yeni görüntülər bir çox əhəmiyyətli detalı gözlər önünə sərir.
 
İlk dəfə iPhone 8 ilə əlaqədar bu qədər dəqiq bir görüntü sızdırıldığının şahidi oluruq. Ön və arxa profildən dəqiq bir şəkildə görülən cihaz maketi, son məhsul ilə oxşardır. Yeni model polad çərçivə və şüşə örtüklü dizayna sahib olacaq. Arxa qisimdə şaquli istiqamətdə cüt kamera kombinasiyası da yer alacaq.
 
Ön tərəfdə isə "Apple" tarixindəki ən incə ekran çərçivələrindən istifadə olunacaq. Bununlada telefon daha yığcam olacaq. Maketin həddindən artıq qalın olduğu gözlərdən qaçmır. Ümumi dizayn elementləri artıq müəyyən edilib.
 
İddialara görə "Apple"ın hələ qərar verə bilmədiyi hissə Touch ID sensorudur. 
 
Şahin Həbibov
BAKU.WS