SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirilib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Şahmat Federasiyası, «Gənclik» şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.

9-14 aprel 2017-ci il tarixləri arasında FİDE qaydalarına uyğun olaraq 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və kiçik təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.

Yarışlarda ən çox xal yığan Azərbaycanlı şahmatçılar Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək imkanı qazanıblar. Turnirin digər qalibləri isə Bakcell şirkəti tərəfindən smartfon və dəyərli hədiyyələrlə təltif ediliblər.

Onu da qeyd edək ki, Bakcell şirkəti 2006-cı ildən başlayaraq Azərbaycanda uşaqlar arasında təşkil edilən çoxsaylı yerli və beynəlxalq səviyyəli şahmat turnirlərinin təşkilinə dəstək göstərib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
 
BAKU.WS