VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Novruz bayramına artıq sayılı günlər qalıb. Bakı əhalisi bayram tətilindən istifadə edərək şəhərin tıxaclarından və yorucu qələbəliyindən bir neçə günlük də olsa uzaq qalmaq, istirahət etmək üçün rayonlara üz tutmağa başlayacaq. Novruzda istirahət etmək üçün ən yaxşı məkan otellərdir. Öz istirahətini təbiətin qoynunda keçirmək istəyənlərın istirahətinin yüksək səviyyədə keçirmələri üçün lüks otellərdə hər cür şərait yaradılıb.
 
Məhz buna görə də, BAKU.WS Novruz bayramı ərəfəsində Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra otellərin qiymətlərini öyrənmək ücün kiçik bir araşdırma edib. Bizə təqdim edilən qiymətlər kifayət qədər müxtəlif oldu. 

1) "Qafqaz Riverside Hotel” (Qəbələ) – yalnız 21 mart tarixinə boş yer var. Digər günlərə boş nömrə qalmayıb. 21 mart tarixinə 2 nəfərlik nömrə bir nəfər üçün 200 manatdır. Bundan əlavə 21 mart tarixində "Anadolu atəşi” rəqs qrupu şou proqramla çıxış edəcək, bu konsertə biletin qiyməti isə 135 manatdır. Biletin pulunu ödəmək məcburidir. Otel üçün ödənilən məbləğə yalnız səhər yeməyi və SPA xidmətləri daxildir. 


2) "Qəbələ Resort Hotel” – bir nəfər üçün otağın qiyməti 185 manatdır. Məbləğə səhər yeməyi, SPA xidmətləri daxildir. SPA xidmətlərinə qapalı hovuz, hamam, buxar otağı və s daxildir. Həmçinin otel 5 yaşadək uşaqları pulsuz qəbul edir, 7 yaşdan yuxarı uşaqlar ücün isə 10 manat endirim edilir. 


3) "Şamaxı Palas Şaradil Hotel” – 3 gün 2 gecə 2 nəfərlik paket 579 manat təşkil edir. 20 mart tarixində Novruz bayramına özəl olaraq konsert proqramı və şənlik təşkil ediləcək. Bu qiymətə səhər yeməyi, SPA xidmətləri təklif edilir. Həmçinin 5 yaşadək uşaqlar pulsuz, 7 yaşdan yuxarı uşaqlar ücün isə hər gecəyə 20 manat endirim edilir.
 

 
4) "Ladera Resort” Qusar – bu oteldə yalnız 90, 120 və 130 manatlıq koteclər fəaliyyət göstərir. 2 və 4 nəfəlik hər bir şəraiti olan koteclər Şahdağın ətəyində, meşənin içərisində yerləşir. Novruz bayramı ilə əlaqədar hansısa tədbiri keçiriləcəyi hələ ki, dəqiqləşməyib. Ümumi məbləğə yalnız səhər yeməyi daxildir.
 


5)  "Park Qusar”  - bu oteldə də yalnız koteclər fəaliyyət göstərir. 4 nəfərlik kotecin bir gecəsi 150 manatdır. Səhər yeməyi məbləğə daxildir. Uşaqlara yaşlarından asılı olaraq müxtəlif güzəştlər olunur. Novruz bayramında isə müxtəlif əyləncələr, tonqal şənliyi və manqal partisi təşkil olunacaq.
 

 
6) "Şahdağ Hotel & Spa” – Şahdağa mənzərəsı olan otel nömrələrinin bir gecəlik qiyməti 250 manat, Palas mənzərəsi olan nömrələr isə 220 manata təklif olunur. Bu qiymətə səhər yeməyi, idman zalı, qapalı hovuz, türk hamamı, SPA və bir sıra digər xidmətlər təklif olunur. 3 yaşadək uşaqlar üçün otel pulsuzdur. 
 


7) "Şirvan Hotel & Spa” Şamaxı – yalnız burda 3 günlük paketlər təklif edilir. Bir nəfər üçün qiymət 70 manat təklif olunur. Bu qiymətə gündə 3 dəfə qidalanma, uşaq əyləncəsi, diskoteka, karaoke, qapalı hovuz, SPA, fitnes, bilyard, boulinq və s. xidmətlər var. 5 yaşadək uşaqlar ödənişsiz, 7 yaşadək uşaqlarda isə 50 faiz endirim təqdim edilir. 
 


8) "Sakit Göl Hotel” Şamaxı – 18-21 mart tarixlərində 2 nəfərlik paket 750 manata təklif edilir. Bu qiymətə səhər yeməyi, SPA, sinema klub, balıqtutma, tennis, futbol, limitsiz internet təklif edilir. Həmçinin də 5 yaşadək uşaqlar üçün heç bir ödəniş edilmir. 7 yaşdan yuxarı uşaqlara isə yalnız 75 manat ödəniş tələb olunur.
 

 
9) "Qax El Resort Hotel”  - bir nəfər üçün 138 manata otaqlar təklif edilir. Məbləğə səhər yeməyi və SPA xidmətləri daxildir. Bu xidmətlərə masaj, boulinq, uşaq oyun otağından istifadə daxildir.  4 yaşdan yuxarı uşaqlar üçün 20 manat ödənməlidir. Arzu edənlər bir nəfər üçün 21 manatlıq yemək paketi də sifariş verə bilərlər. Uşaqlar üçün isə bu məbləğ 10.5 manatdır. 4 yaşadək uşaqlara otel xidmətləri pulsuzdur. Novruz bayramında isə şənlik, muğam konsert, tarixi əşyaların sərgisi təşkil ediləcək. 
 


10) "Balakən Qubek Otel” – təklif edilən 2 gecə 3 günlük paketdə hər nəfərə 228 manat ödəniş tələb olunur. Bu məbləğə 3 dəfə qidalanma, otel daxili xidmətlər, bilyard, diskoteka, SPA, hamam və bir çox xidmətlər daxildir. 5 yaşadək uşaqlar üçün otel pulsuzdur. 7 yaşdan yuxarı uşaqlar üçün isə 50 faizədək endirim təklif olunur. 
 

Arzu Mirzəyeva
BAKU.WS