SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Gəlin sevgi münasibətlərinə bir az da kişilərin gözündən baxaq. Nə deyirsiniz? Sizin hansı davranışınız onları qıcıqlandıra, sizdən uzaqlaşdıra bilər, onları müəyyən edək.
 
Sevgi münasibətində iki tərəfin bərabər dərəcədə xoşbəxt olması bir az çətin məsələdir. Bəlkə də deyil, biz çətin hesab edirik, amma ümumilikdə çətinləşdirən səbəblər var. Hansı ki, o səbəbləri də özümüz yaradırıq. Özümüz deyərkən, təkcə qadınlardan getmir söhbət, bu özümüzdən kişilərə də pay düşür. Amma hazırda biz münasibətə kişilərin gözündən baxdığımız üçün onlara xoş getməyən hal və davranışlarımızdan danışacayıq.
 
Çünki əksəriyyətimiz münasibətdəki uğursuzluqların bütün səbəblərini kişilərin üstünə atırıq. Çoxumuz heç vaxt səhvi özümüzdə görmürük. Həmişə "günahkar kişilərdir" konsepsiyasından yanaşırıq. Daha kişilərin nə düşündükləri ya da nə hiss etdikləri haqqında qətiyyən düşünmürük.
 
Beləliklə, kişilər, qadınlarda bunları sevmir:

1. Qızların çox və tez-tez kapriz göstərməsi. Türklər buna "trip atmaq" da deyir. Bəli, kişilərin ən nifrət etdiyi davranışlardan biri və birincisi qadınların tez-tez kapriz göstərməsidir. Qızların hər şeyə ilişib qalması, xırdaçı olması kişiləri hövsələdən çıxarır.

2. Köhnə söhbətləri yenidən açmaları. Kişilərin fikrinə görə qadınlar heç vaxt yaxşı ya da pis, heç nəyi unutmurlar. Adi bir mübahisə zamanı iki-üç ay, hətta bir il əvvəlki söhbəti belə açıb tökürlər. Bu da kişilərin ən nifrət etdiyi məqamlardan biridir. 

3.Hər şeydə bir məna axtarmaları. Əziz xanımlar bəzən, bir cümlə və ya hərəkətin həqiqətən bir mənası olmaya bilər. Ona görə də kişilərin dedikləri sözdə və davranışlarında mütləq bir məna axtarmayın. 

4. Davamlı ilk addımı kişilərdən gözləməyiniz kişiləri məyus edən səbəblərdən biridir. Qızların əksəriyyətində ilk addımı, ilk mesajı qarşısındakından gözləmək kimi bir xüsusiyyət var. Qarşımızdakının də insan olduğunu və bizlər kimi hisslər daşıdıqlarını unutmamalıyıq. Ona görə də siz necə sevdiyiniz adamdan mesaj alınca xoşbəxt olursunuzsa, onlar da eyni şeyi hiss edir.
 
5. Həddən ziyadə qısqanclıq. Xanımlar bilməlidirlər ki, sevdikləri adamın onlardan öncə bir həyatı, əhatəsi var. Əgər bu gün onun həyatında sizsinizsə deməli sizi sevdiyi üçün varsınız. Qız dostunu seçmək istəsə sizdən öncə də seçə bilərdi. Hətta sizdən sonra da seçə bilər. Sizin yersiz qısqanclıqlarınız bunu dəyişmək gücündə deyil. Əksinə, siz belə etməklə onu özünüzdən uzaqlaşdırmış olacaqsınız. Nəticədə siz itirəcəksiniz, başqası qazanacaq.
 
Təbii qeyd etdiyimiz məqamlar bütün qadınlara aid deyil. Hər bir mövzuda olduğu kimi burda da istisnalar var.
 
Çalışın daşıdığınız hisslərdən həmişə zövq alın. Sevdiyiniz adamla müddətini bilmədiyiniz bu müəmmalı ömrünüzün dadını çıxarın. Kimin nə vaxt gedəcəyi məlum deyil. Yaşadığınız hər günü dəyərli və yadda qalan etməyə çalışın. Bunu da unutmayın ki, kişilər də uşaq kimidir. Kimdə hüzur taparlarsa ona sığınarlar. Niyə də hüzuru sizdə tapmasın?
 
Ayşən Ayxan
BAKU.WS