Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti fəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir. 
 
Şahin Həbibov
BAKU.WS