SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Müğənni Damla Sankt-Peterburqda yaşayan azərbaycanlı ailənin qız övladı üçün mahnı ifa edib.

 
BAKU.WS xəbər verir ki, müğənni instagram hesabında Nurel adlı qızla fotolar paylaşıb. Fotolarda ona qızım deyə xitab edən müğənni hər kəsi çaşdırıb. Belə ki, bir oğlan övladı olan müğəninin qızının da olması hər kəsdə sual yaradıb.
 
Elə bu səbəbdən müğənninin meneceri ilə əlaqə saxladıq. Menecer Şamil bəy bizə qızın Damlanın övladı olmadığını sadəcə azyaşlının adına müğənninin mahnı ifa etdiyi bildirib. Belə ki, müğənnin Nurelin ailəsinin sifarişi ilə qızın adına mahnı ifa edib. Bu mahnı üçün isə Damlaya 4 min dollar ödənilib.
 
Aynur Ələkbərova
BAKU.WS