BAKU.WS xəbər verir ki, onun məşhurlaşmasına səbəb isə qarlı hava şəraitində şagirdlərini dərsə apararkən çəkilmiş fotosu olub. Bəs bir anda hər kəsin sevimlisinə çevrilən Nəcəf müəllim kimdir?
Nəcəf Məhərrəmov 1969-cu ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 1991-96-cı illərdə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin İbtidai təlimin pedaqogikası və metodikası ixtisasını bitirib. 1996-cı ildən Mahir İmanov adına Ostayr kənd orta məktəbində çalışıb. Heydər Əliyev Fondu 2005-ci ildə Dəlləkli kənd orta məktəbini inşa etdikdən sonra isə öz kəndində müəllim kimi fəaliyyətə başlayıb.
ARB TV-nin Nəcəf müəllimlə hazırladığı reportajı sizə təqdim edirik.
Aynur Ələkbərova
BAKU.WS