SİZİN REKLAM BURADA!
055 213 76 73


Alma demək olar ki, bir çox insanın pəhrizində daim mövcuddur.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, alma bütün bədən üçün vacib olan çox miqdarda vitamin ehtiva edir.

Bədənin qida maddələrinə olan ehtiyacını ödəmək və immunitet sistemini gücləndirmək üçün 2-3 ədəd alma yemək kifayətdir. Alma tərkibində lifin olması səbəbindən həzm üçün faydalıdır.

Bu meyvələr tez-tez qəbizlik və meteorizmlə mübarizə üçün istifadə olunur.

Həkimlər yüksək xolesterolu olan xəstələrə alma yeməyi məsləhət görür. Bu, meyvələrdəki pektin tərkibi ilə bağlıdır.

Almanın tərkibində dəmir də var. Ona görə də qan azlığı ilə mübarizə aparan insanlar qida rasionuna alma daxil etməlidir.

BAKU.WS