SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ tarixinin ən qalmaqallı prezidentlərindən biri hesab edilən Donald Tramp bütün etirazlara, boykot çağırışlarına baxmayaraq and içdi. Ən varlı prezident adına sahib olan dövlət başçısı rəsmi sürətdə vəzifələrinin icrasına başlayıb.

Andiçmədən sonra isə ənənəvi bal baş tutub. Səhnəyə çıxan prezident ilk olaraq onun gəlişinə kimi qonaqları əyləndirən musiqiçiləri tərifləyib. "Bax buna mən böyük istedad deyərəm". 
 
Tramp bütün tərəfdarlarına təşəkkür edib, xüsusi etiraf isə həyat yoldaşı Melaniyaya olub. "Biz xüsusi bir iş gördük. Bu gün də çox xüsusidir. Növbəti həftələrdə çox şeyin baş verəcəyini görəcəksiniz. Çox xoşbəxt olacaqsınız. Amerikanı yenidən ən güclü edəcəyik".

Milyonlarla insanın canlı izlədiyi mərasimin ən diqqətçəkəni isə şübhəsiz ki, yeni birinci xanım Melaniya Tramp olub. O, zərifliyi ilə hər kəsi kölgədə qoymağı bacarıb. 

Birinci xanım gündüz geyindiyi Ralf Lorendən olan açıq mavı geyimini açıq-krem rəngli, açıq çiyinli ziyafət donu ilə əvəz edib. Artıq ekspertlər də bu seçimlərin Melaniya Trampın yüksək zövqünün və stil anlayışının necə olmasından xəbər verdiyini deyiblər.

Tramp zərif görüntüsünə görə dünyanın ən zərif qadınlarından biri olan, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennediyə bənzədilib.
 
Xatırladaq ki, bir müddət öncə keçmiş birinci xanım Mişel Obamanın dizaynerləri xanım Trampla işləməkdən imtina etdiklərini elan etmişdilər. Onlar həmkarlarını da eyni addım atmağa səsləyib. 

Daha sonra salonda əfsanəvi musiqiçi Frenk Sinatranın "My Way" (Mənim yolum) mahnısı səslənib. Bununla da onlar prezident ailəsi kimi ilk rəqslərini ediblər. Daha sonra səhnəyə vitse prezident Maykl Pens və həyat yoldaşı Karen, Trampın ən az özü qədər məşhur olan qızı İvanka həyat yoldaşı Cared Kuşner çıxıblar. 
 
BAKU.WS