SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı qız Naz Milanın keçmiş nişanlısı Baha Selenbaş tərəfindən döyülməsi ilə bağlı qalmaqallar bitmək bilimir. 
 
BAKU.WS xəbər verir ki, ötən gün Baha Selenbaş rəsmi İnstagram səhifəsində Nazı döymədiyini verilişdən çıxdığı üçün kanalın təhlükəsizlik xidməti əməkdaşalrı tərəfindən döyüldüyünü bildirib. Verilişin tamamilə səhnələşdirilmiş tamaşa olduğunu bildirən keçmiş bəy namizəd proqrama yalnız Nazın müqaviləsi olduğu üçün gəldiyini bildirib. "Mən Nazın yanında olmalı idim",-deyən Baha bu hadisələrin onun verilişdən çıxarılması üçün ssenariləşdirilmiş bir oyun olduğunu da əlavə edib.
 
Bir qədər sonra isə başqa bir bəy namizəd Birkan Key Bahanı verilişə böhtan atmaqda və Nazı döydüyünü danmaqda ittiham edib.
 
"Bizim kitabımızda qadına əl qaldırmaq yoxdur. Sevən insan sevdiyini alıb aparar. Sən səhv yoldasan. Nazın səni sevmədiyini yaxşı bilirsən. Bu veriliş oyun deyil. Əgər oyun idisə bir ildir proqramda niyə iştirak edirsən?",-deyə Birkan Bahaya etirazını bildirib.
 
Qeyd edək ki, Naz Milanın Azərbaycandan ona elçi düşən model Əli Əkbərlə eşq yaşaması Bahanı əsəbləşdirib və o hirslənərək efiri tərk edib. Daha sonra onun Nazı döyməsi ilə bağlı xəbərlər yayılsa da Naz bunu inkar edib. Hətta bu barədə xəbər yazan Azərbaycan saytlarını yalan məlumat yaymaqda ittiham edərək təhqir edib.

Aynur Ələkbərova
BAKU.WS