İlin ən məşhur sözü açıqlandı

İlin ən məşhur sözü açıqlandı
Şou-biznes 1

Hər il ən çox işlədilən ingilis sözlərini müəyyən edən "Oxford Languages" 2023-cü ilin də məşhur ifadəsini müəyyən edib.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, lüğət bu dəfə "rizz" sözünü seçib.

"Rizz" üslubu, cazibədarlığı və ya cəlbediciliyi ilə kimisə qazanma qabiliyyətidir. Termin xarizma sözünün bir hissəsindən gəlir.

İfadə 2022-ci ildə çıxsa da, yalnız bu il daha çox populyarlıq qazanıb. Söz populyarlığın zirvəsinə isə iyunda aktyor Tom Hollandın müsahibəsində dediyi "Mənim heç bir "rizz"im yoxdur" cümləsindən sonra başlayıb.

Qeyd edək ki, ötən ilin ən məşhur ifadəsi "qoblin rejimi" olub.

Oxşar xəbərlər

Son xəbərlər