Bu gün romantik hava olacaq

Bu gün hava yağmurlu keçəcək. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. Bakıda havanın temperaturu gecə 18-20, gündüz 28-30, Abşeron yarımadasında isə gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq. Bölgələrdə əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Nigar Camaldan II Dünya Müharibəsində iştirak edən babası ilə bağlı paylaşım
Müğənni Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında II Dünya Müharibəsində iştirak edən baba...
