SİZİN REKLAM BURADA!
055 213 76 73


Qripə qarşı hər il peyvənd olunmaq tövsiyə olunur, çünki peyvənd altı aydan doqquz aya qədər təsirini saxlayır.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu rusiyalı epidemioloq Nikolay Denisyak bildirib.

Epidemioloq hər il qripdən qorunmaq üçün peyvənd prosedurunun vacibliyini xatırladıb. Onun sözlərinə görə, immunitet adətən peyvənddən sonra iki həftə ərzində yaranır.

Mütəxəssis onu da qeyd edib ki, tibb işçiləri peyvəndlənmə səviyyəsinin artırılması üçün müxtəlif yerlərə, xüsusən də müəssisə, təşkilatlara, uşaq bağçalarına, məktəblərə səfər edən tibbi qruplar yaradırlar.

İnfeksionist Nikolay Çekun qeyd edib ki, 2023-2024-cü illər üzrə qrip mövsümü ərzində H1N1, H3N2 və B virusunun iki yeni ştammı da daxil olmaqla dörd yeni qrip ştammının yaranması gözlənilir. Onlar yüksək temperatur, xəstəliyin qəfil başlaması, güclü intoksikasiya, daha sonra öskürək, burun axması və boğaz ağrısı kimi simptomların yaranması ilə əlaqələndirilir.

Mənbə: medzdrav.info

BAKU.WS