VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Döymə və ya tatu - Tatu etdirmək artıq bizim mədəniyyətimizdə də tabu olmaqdan çıxmağa başladı və ətrafımızda daha çox döyməli insan görər olduq.
 
Əvvəllər yalnız gənclərin faça izlərini gizlətmək üçün etdirdikləri çirkin şəkillərdən ibarət döymə anlayışı da getdikcə inkişafa başladı. Yaxşı amma bu döymə nədir?
 
Döymə dəri altına xüsusi rənglər vaistəsi ilə şəklin çəkilməsidir. Tatunun növü bir qayda olaraq sifarişçi tərəfindən seçilir və onun daşıyıcısını fərqləndirir.
 
Bakıda da döymə artıq dəb halını alıb. Xüsusilə qızlar arasında döyməyə maraq həddən artıqdır. Tatu ustası kimi fəaliyyət göstərən və bu sahədə "Vaga" kimi tanınan Vüqar Zeynalov xeyli qadın müştərisinin olduğunu deyir. Hətta bunu foto və videolarla sübut edir.
 
Bəs Azərbaycanda qadınlar ən çox haralarına tatu döydürürlər? Bu sualın cavabını videoda tapa bilərsiniz.
 
Nazim Babayev
BAKU.WS