SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Facebook səhifəsində toy fotosunu paylaşıb.

BAKU.WS xəbər verir ki, Zaxarovanın gəlinlikdə olan şəklini 14 min nəfər bəyənib.

"Foto 11 il əvvəl Nyu-York şəhərində çəkilib. O gündən çox şeylər dəyişib. İndi daha az çəkim var. Ən əsası sevməyi öyrəndim”, - XİN rəsmisi Facebook-da yazıb.
 
Mariya Zaxarova şərhlərindən birində yazmışdı vəzifəsi ilə əlaqədar ABŞ-da olduğuna görə toy bu ölkədə baş tutub.
 
Ilyas Quliyev
BAKU.WS